"Eks-prezident bu gün zəif görünsə də, dünəndən fərqli olaraq rahat görüşə bildi".
Cia.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri ötən gecə eks prezident Mixeil Saakaşvili ilə görüşən şəxsi həkimi Nikoloz Kipşidze deyib.
Həkimin sözlərinə görə, Saakaşvili ona bu gün baş tutacaq məhkəməyə gəlməyə və gürcü xalqı ilə danışmağa hazır olduğunu bildirib:
"Bu gün dünəndən fərqli olaraq, o, beşinci mərtəbədən, təbii ki, liftlə enə bildi. Onunla tanışlıq otağında görüşdüm. Dünən onun belə imkanı yox idi. Zəif görünür, amma bir daha təkrar edirəm o, məhkəmə iclasına hazırdır".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.