banner
banner

Sosİal

2163 paytaxt sürücüsü seçildi

2163 paytaxt sürücüsü seçildi

Bakıda baş tutacaq I Avropa Oyunları zamanı 2163 sürücü nəqliyyat vasitələrini idarə edəcək. 
Cia.az-ın məlumatına görə, oyunlar keçirilən müddətdə xidmət göstərəcək sürücülər artıq xüsusi təlimlərdən keçiblər. Təlimlər zamanı sürücülər xarici dil, etika, psixoloji davranış kursları keçiblər.
Bundan başqa, sürücülər şəhərin hər bir nöqtəsilə tanış olublar. Sürücülər lazım olan məntəqəyə tez və rahat şəkildə çatmaq üçün təlimlər keçiblər.
Oyunlar zamanı xidmət göstərəcək sürücülərdən 807 nəfəri avtobus idarə edəcək. Taksi və digər minik avtomobilləri idarə edən sürücülərin sayı isə sayı 1356 nəfər olacaq.
Qeyd edək ki, sürücülər vahid formalarla təmin olunacaqlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.