"Save the Children" beynəlxalq təşkilatı ölkələr üzrə analıq indeksini açıqlayıb. Cia.az-ın məlumatına görə, təşkilat 179 ölkə üzrə tədqiqat aparıb. Araşdırmaya əsasən, dünyada analıq indeksinə görə ən yaxşı ölkə Norveçdir. Gürcüstan təşkilatın hesabatında 86-cı yerdə qərarlaşıb. Rusiya siyahıda 56-cı, Türkiyə 65-ci, Ukrayna isə 69-cu yerdədir. Azərbaycan analıq indeksinə görə 179 ölkə arasında 90-cı yeri tutub. Ölkəmiz Ermənistanı 13 pillə qabaqlayıb. Reytinq ölkələrdə analıq üçün yardılan əlverişli şəraitə əsasən hesablanıb. Analıq indeksi üzrə ilk onluqda Norveçdən başqa, həmçinin Finlandiya, İslandiya, Danimarka, Almaniya, Niderland, İsveç, İspaniya, Belçika və Avstraliya qərarlaşıb. Araşdırmalara görə, ən aşağı göstəricilər Fil Dişi Sahili, Qambiya, Nigeriya, Mali, Konqo, Somali və Mərkəzi Afrika Respublikasındadır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.