banner
banner

Gündəm

“Rusiya heç kimə heç nə borclu deyil” - Hərbi ekspert

“Rusiya heç kimə heç nə borclu deyil”

“Rusiya heç kimə heç nə borclu deyil”.

Cia.az “Haqqin.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

 

Ekspertin sözlərinə görə, Moskvada nə düşündüklərini demək çətindir.

“Lakin sözsüz ki, qeyd edə bilərəm ki, Rusiya hərbi münaqişəyə cəlb olunmaq istəmir. Nəyə görə Rusiya Ermənistan üçün Ermənistanın özünün etdiyindən daha çox etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim heç kimi müdafiə etməyə hazırlaşmır, çünki bu, heç kimə lazım deyil. Bu, gələcəkdə də belə davam etsə, Azərbaycan sakit və dinc yolla istədiyi dəhlizə nail ola biləcək, eyni zamanda sərhədlərin demarkasiya və delimitasiya məsələlərini həll də edəcək”, - deyə ekspert qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.