banner
banner

Gündəm

ADNSU-dakı tüstülənmə ilə bağlı açıqlama

ADNSU-dakı tüstülənmə ilə bağlı açıqlama

Sosial şəbəkədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci tərdis korpusunda tüstülənmənin olması ilə bağlı məlumat yayılıb. Universitetin ikinci mərtəbəsini qatı dumanın bürüdüyü və tələbələrin təxliyyə edildiyi qeyd olunub.  

Universitetin Mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov Cia.az açıqlamasında tüstülənmənin zibil qutusunda baş verdiyini bildirib: "Universitetin ikinci korpusunda zibil qutusunun içindəki kağızlar tüstülənib və yarım dəqiqədən sonra tüstü kəsilib. Bu, tədris prosesinə mane olmayıb.

 

Tələbələr təxliyə edilməyib. Heç nəyə zərər dəyməyib. Hazırda tədris öz axarı ilə davam edir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.