İran İslam Respublikası bundan sonra saçlarına dikşəkilli düzüm verən və döymə etdirənləri cəzalandıracaq. Qonşu ölkədə gənclər arasında geniş yayılan saç modeli və tatuaj “İslama uyğun olmayan Qərb dəyəri” adlandırılıb. İran Bərbərlər Birliyinin rəhbəri Mustafa Govahi “Şeytana sitayiş mənası daşıyan saç modelləri artıq qadağandır” deyib. Govahi bu cür saç kəsimləri edən salonların ciddi cəzalandırılacağını və lisenziyalarının əllərindən alınacağını sözlərinə əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.