Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdir Əli Həsəsnovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Bu haqda Türkiyə KİV məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai Rayon Bələdiyyəsinin sədri Teymur Məmmədov daxildir.
Xəbərə görə, Əli Həsənov Mersin vilayətinin Tarsus rayon bələdiyyəsinin sədri Şevket Canla görüşüb. Azərbaycanın nümayəndə heyəti Tarsus rayonunda ümummilli lider Heydər Əliyev parkının və abidəsinin açılışında iştirak edib.
Ə.Həsəsnov deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri ilbəil güclənir: "Ulu öndərlər Atatürk və Heydər Əliyevin söylədikləri kimi bizim ağrımız, acımız, sevincimiz birdir, dostluğumuz əbədidir. İki xalqın dostluğunun sarsılmaz və əbədi olduğunu bildirmək istəyirəm. Biz Azərbaycan xalqı olaraq, bu dostluğa və birliyə çox böyük dəyər veririk".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.