Azərbaycan ilk Avropa Oyunları ilə bağlı beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini yerinə yetirəcək. Bu sözləri mötəbər yarışma ərəfəsində bəzi Qərb darələrində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib: “Bu tədbirin keçirilməsi Azərbaycan üçün çox vacibdir. Beynəlxalq tədbir haqqında insanlara məlumatlandırmaq vacibdir. Bəzi insanlar Azərbaycanda baş verənləri mənfi yöndən görür. Çünki Qərb mətbuatı və qəzetlər Azərbaycandakı hadisələri məhz bu formada işıqlandırır. Əvəzində isə əldə olunan nailiyyətləri görmürlər. Ona görə də Azərbaycan hökumətinin reaksiyasını başa düşürəm. Fransaya gəlincə isə, biz Azərbaycanla hər sahədə, o cümlədən fikir azadlığı sahəsində konstruktiv və açıq dialoq aparırıq. Düşünürəm ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.