ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı ölkə rəhbərliyinə çağırış edib.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Dövlət Departamenti Gürcüstan hakimiyyətini üçüncü prezidentə ləyaqətlə və ədalətli şəkildə davranmağa və Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırıb.
Bildirilir ki, ABŞ Mixail Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana ona qarşı münasibəti diqqətlə izləyir.
ABŞ Dövlət Departamenti, həmçinin Gürcüstan hakimiyyətini Saakaşvilinin ədalətli məhkəmə hüququna hörmət etməyə və onun cinayət işi üzrə məhkəmə iclaslarında iştirakını təmin etməyə çağırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.