Ermənistan mətbuatı hərbi xidmətdən yayınaraq ölkədən qaçan gənclərlə bağlı şokedici rəqəmləri açıqlayıb. Erməni mətbuatı yazır ki, 2003-cü ildən bu yana hərbi xidmətdən yayınmaq üçün 10 mindən çox vətəndaş ölkədən qaçıb. Bildirilir ki, hərbi xidmətə yararlı 10 mindən çox gənc (27 yaşa qədər) ölkədən qaçıb, 10 ildən çoxdur ki, müxtəlif ölkələrdə yaşayırlar. Ermənistan diaspora naziri Qranuş Akobyan təklif edib ki, ölkədə onlar barəsində açılan cinayət işi ləğv edilsin. Onun sözlərinə görə, yalnız bundan sonra hərbi xidmətə yaralı gənclər Ermənistana qayıda bilər. Rəsmi statistikaya görə, 2003-cü ildən orduda xidmət etməmək üçün ölkədən qaçan gənclərdən 2013-cü ildə cəmi 950 nəfəri geri qayıdıb. Cia.az
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.