İlk Avropa Oyunları ərəfəsində paytaxtda hələ keçmiş SSRİ vaxtından məşhur olan “İnturist” adlı otelin açılışı olub. Yeni bulvara mənzərəsi açılan və əvvəllər zavodların yerləşdiyi ərazidə yerləşən bu otelin məhz “İnturist” adını yaşatmasının xüsusi əhəmiyyətini vurğulayıb. Ölkə başçısı deyib ki, Bakıda həm tarix, həm mədəniyyət, həm müasirlik bir vəhdət təşkil edir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “İnturist” otelinin açılışında iştirak ediblər. Dövlət başçısına otel barədə ətraflı məlumat verilib. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu, nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur olan keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərzində Bakının ən sevilən məkanlarından olub. Beşmərtəbəli otel binasında 150 standart və suit nömrə var. Otaqların eyvanlarından Xəzər dənizinə və bulvara mənzərə açılır. Turizm infrastrukturunda bu otelin xüsusi çəkisinin olacağı proqnozlaşdırılır. Həmçinin otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi ölkəyə gələcək turistlərin yerləşdirilməsi, rahatlığı baxımından əhəmiyyətlidi. Prezident İlham Əliyev kollektiv qarşısında çıxışında köhnə “İnturistin” əvəzinə yenisinin tikilməsini əlamətdar gün adlandırıb: “Vaxtı ilə Azərbaycanda, Bakıda “İnturist” mehmanxanası olub. 80 il bundan əvvəl tikilmişdi. Əfsuslar olsun ki, sonra söküldü və onun yerində indi başqa bina tikilib. Ancaq “İnturist” mehmanxanası yaşlı nəslin xatirəsində həmişə yaşayırdı. Bu, doğrudan da təqdirəlayiq hadisədir. Biz öz tariximizə çox bağlıyıq, tarixi irsimizə sadiqik və çalışırıq ki, həmişə tarixi ədaləti bərpa edək”. Dövlət başçısı yaxın vaxtlarda “Ağ şəhər” bulvarının insanların istifadəsinə veriləcəyini, həmçinin “Bulvar” otelinin də açılacağını söyləyib:
“Bu gün Bakıda istirahət etmək, rahat dincəlmək üçün kifayət qədər geniş imkanlar var. Və bu proses davam etdirilir. Bax, bu otellə üzbəüz yerlər vaxtı ilə sənaye zonası idi və dəniz görünmürdü. Burada gəmi təmiri zavodu, ondan sonra hərbi dəniz qüvvələrinə məxsus zavodlar yerləşirdi. Onların hamısı köçürüldü və bu gözəl yerlər artıq insanların sərəncamına verildi”. “İnturist” otelin bütün otaqları artıq sifariş edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.