banner
banner

Sosİal

DİN həkim axtarır- MÜSABİQƏ

DİN həkim axtarır-

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsində vakant olan 4 həkim-pediatr və 2 həkim-ginekoloq vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrini pediatriya və ginekologiya ixtisasları üzrə bitirmiş, ixtisas üzrə 5 il praktiki təcrübəyə malik, yaşı 30-dan /ixtisas üzrə elmi dərəcəyə malik şəxslər yaşı 35-dən/ yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in Kadrları tərkibinə daxil edilməklə "tibb xidməti leytenantı" xüsüsi rütbəsi veriləcək və ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu və əmək kitabçasının surətini şəxsən təqdim etməlidirlər:

Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il may ayının 05-dən iyun ayının 05-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər 012-590-92-70 nömrəsi ilə Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.