İsraildə koronavirusun yeni B.1.1.529 ştamına yoluxma faktı aşkar olunub.
Cia.az İsrailin Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni ştam Malavidən ölkəyə qayıdan İsrail vətəndaşında qeydə alınıb.
Bundan əlavə, xarici ölkədən İsrailə qayıdan daha iki nəfərin sözügedən ştam ilə yoluxduğu ehtimal edilir. Həmin şəxslər hazırda təcrid olunub və testin nəticələrini gözləyir.
Qeyd edək ki, İsrail yeddi Afrika ölkəsini yeni ştamın peyda olması ilə əlaqədar olaraq “qırmızı siyahı”ya salıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.