Bayden Putin və Zelenski ilə danışacağını vəd etdi
ABŞ Prezidenti Co Bayden rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə danışacaq.
Cia.az “CNN”ə istinadən xəbər verir ki, ABŞ lideri jurnalistlərin hər iki ölkə Prezidenti ilə təmasa dair sualına “böyük ehtimalla” cavabını verib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun isə verdiyi məlumata görə, Rusiya və ABŞ Prezidentləri arasında onlayn danışıqlar bu ilin sonuna qədər baş tuta bilər. Peskov görüşlərdə Ukrayna və NATO kimi məsələlərin müzakirə edilə biləcəyini vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.