banner
banner

Sosİal

Bakıda 1 manatlıq dayanacaqlar

Bakıda 1 manatlıq dayanacaqlar

Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etmək üçün etibarlı bileti olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsində yerləşən 2 avtodayanacaqda 1 AZN ödəməklə saxlaya bilər. Oradan isə yeni, ətraf mühitə zərər vurmayan xüsusi ekspres avtobuslarla yarış arenalarına gedə biləcəklər. 
Əməliyyat Komitəsindən verilən məlumata görə, bu ekspres avtobuslar oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem, şəhər boyunca, bütün Bakı 2015 arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin, idmançıların idman arenalarına tez və səmərəli şəkildə çatmasını təmin etmək üçün hazırlanıb.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarından əvvəl nəqliyyat konfransına ev sahibliyi edib. Konfrans Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), tərəfdaş şirkətləri, nazirlikləri və digər müvafiq hökumət qurumlarını iyunun 12-də başlayacaq, Oyunlar zamanı, tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə təşkil edilib. 

Nəqliyyat Nazirliyi Oyunlara qatılacaq tamaşaçılara müraciət etdi ki, arenalara getmək üçün şəxsi öz şəxsi avtomobilləri əvəzinə, Bakı şəhəri üzrə fəaliyyət göstərəcək təkmilləşdirilmiş ictimai nəqliyyat xidmətindən istifadə etsinlər.

Bakı 2015 Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək. Bakı 2015 Birinci Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Avropanın müxtəlif ölkələrindən təxminnən 6000 idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.