Ermənistanın keçmiş müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib.
Cia.az “The New York Times”a istinadən xəbər verir ki, buna səbəb Pentaqonun onun ABŞ-ın sabiq Prezidenti Donald Tramp administrasiyasındakı işindən bəhs edən xatirələrinin mühüm hissəsinin nəşrinə qadağa qoyması olub.
Tramp tərəfindən istefaya göndərilən Esper may ayında “Müqəddəs and” adlı kitab nəşr etməyi planlaşdırır.
“Mətnin mühüm bir hissəsi məxfilik bəhanəsi ilə nəşrdən çıxarılır. Çıxarılmış mətn kitabda qeyd edilən mühüm hekayələri izah etmək üçün lazımdır”, - deyə keçmiş nazir qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.