Peyvənddən imtina edənləri həbs gözləyir: Avstriyada yeni qaydalar qüvvəyə minəcək
Avstriyada COVID-19-a qarşı məcburi peyvəndin tətbiqi ilə bağlı qanun layihəsi peyvənddən imtinaya görə 7 200 avroya qədər cərimə nəzərdə tutur. Bu barədə “Die Presse” qəzeti Avstriya hökuməti tərəfindən hazırlanan sənədə istinadən xəbər verir.
Sənəd layihəsinə əsasən, məcburi koronavirus peyvəndi 2022-ci ilin fevralından Avstriyada yaşayan bütün insanlara şamil ediləcək. Peyvənddən imtinaya görə 3 600 avro və ya dörd ay həbs cəzası tətbiq olunacaq.
İstisnalar peyvəndlə əlaqədar həyat və sağlamlıq riski altında olan şəxsləri, hamilə qadınlar və 12 yaşınadək yeniyetmələri əhatə edir. Qanun layihəsi dekabrın 6-da təqdim olunmalıdır. Onun hələ Avstriya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməsi lazımdır.
Pandemiyanın dördüncü dalğası ilə əlaqədar Avstriya hökuməti 2022-ci ilin fevral ayından etibarən COVID-19-a qarşı məcburi peyvənd tətbiq etmək planını açıqlayıb
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.