banner
banner

Gündəm

Avropa Komissiyasının üzvü: “SOCAR-ı diqqətlə araşdırırıq”

Avropa Komissiyasının üzvü:

Avropa Komissiyasının antiinhisar məsələlərinə cavabdeh üzvü Marqret Vesteger Avropa bazarında dominat mövqeyindən sui-istifadə edən və ya kartel yaradan bütün şirkətlərə qarşı hüquqi prosedurlara başlayacağını bildirib.

 M.Vesteger bu cür şirkətlərin böyük risk altında olduğunu bildirib.

M.Vesteger deyib ki, Rusiyanın “Qazprom” şirkətinin 5 Avropa ölkəsində təbii qazı şişirdilmiş qiymətə satdığı müəyyən edilib. Bu səbəbdən şirkətə qarşı hüquqi prosedur başladılıb.

Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında M.Vesteger Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin üçdə ikisini almasına dair 2013-cü ildə bağlanmış müqaviləni də şərh edib.

M.Vesteger deyib ki, SOCAR-ın yunan şirkətinin səhmlərini almasından sonra bazarda rəqabət prinsiplərinin pozulmasına dair narahatlıqlar yaranıb. Bu səbəbdən Avropa Komissiyası sövdələşməni diqqətlə araşdırır.

“Araşdırmanın ikinci mərhələsini 2014-cü ilin noyabrında başlatmışıq. Məqsədimiz dərindən araşdırma apararaq SOCAR-ın DESFA-nı almasının bazara necə təsir edəcəyini və rəqabət prinsiplərinin pozulub-pozulmayacağını üzə çıxarmaqdır. SOCAR qaz bazarının rəqabətçi və güclü oyunçusudur. Bu araşdırmanın nəticəsi nə olursa olsun, SOCAR TANAP layihəsi sayəsində Avropanın enerji bazarında önəmli oyunçu olaraq qalacaq. Lakin araşdırmanın nəticəsi haqda indidən nəsə demək çətindir” - deyə M.Vesteger bildirib.

Avropa Komissiyasının üzvü deyib ki, tərəflərə narahatlıqların aradan qaldırılması üçün 90 iş günü müddət verilib. Bu müddət martın 23-də bitib. Lakin tərəflərin Avropa Komissiyasına təqdim etdiyi cavablar qanedici olmayıb. SOCAR və DESFA Avropa Komissiyasının narahatlıqlarını aradan qaldıracaq ikinci cavab hazırlayandan sonra proses yenidən başlayacaq.

SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Lakin Avropa Komissiyasının antiinhisar komissiyası hələ bu sövdələşməni təsdiqləməyib. Eyni zamanda Yunanıstanın yeni hökuməti sövdələşməyə yenidən baxacağını açıqlayıb.

Yunan hökuməti bildirir ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər.

(virtualorg.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.