Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bu rayondan seçilən millət vəkili Azər Kərimli arasında kəskin qarşıdurma yaranıb.
Rayon İcra Hakimiyyətindən sızan məlumata görə, icra başçısı gələn il keçiriləcək parlament seçkilərində öz adamını deputat seçdirmək istəyir. Bundan duyuq düşən hazırki deputat Azər Kərimli isə bütün əlaqələrini işə salaraq, icra başçısının əleyhinə iş aparmağa başlayıb.
Məlumatlı mənbə iddia edir ki, icra başçısı Musa Şəkiliyev birinci müavini Tahir İsmayılovu deputat seçdirmək istəyir: "Artıq rayonda Tahir İsmayılovun deputat seçiləcəyinə dair təbliğat işinə start verilib. Hər yerdə deyilir ki, Azər Kərimli bu dəfə deputat seçilməyəcək. Onun yerinə Tahir İsmayılovu seçəcəklər və rayonda artıq bu istiqamətdə ciddi kampaniya aparılır”.
Mənbə bildirir ki, 112 saylı Qax seçki dairəsini təmsil edən deputat Azər Kərimlinin indiyə qədər Milli Məclisdə bir dəfə də olsun aktivlik göstərməməsi, nə plenar, nə də Komitə iclaslarında çıxış etməməsi, seçiciləri diqqətdən kənarda saxlaması Musa Şəkiliyevin işinə yarayır. O, bunu əlində bayraq edərək, seçicilərlə söhbətlərində "Sizə Azər Kərimli kimi yox, Tahir İsmayılov kimi deputat lazımdır” deyir.
Hazırda icra başçısı ilə deputat arasında münasibətlərin son dərəcə gərginləşdiyini deyən qaynağımız hesab edir ki, bu mübarizədən Musa Şəkiliyevin qalib çıxması daha real görünür: "Onsuz da Azər Kərimlinin seçicilər arasında heç bir nüfuzu yoxdur. Onu əksər seçiciləri ümumiyyətlə tanımır. Yəqin ki, bu fakt Azər Kərimlini tamamilə bitirəcək və o, bu dəfə parlamentə mandat ala bilməyəcək”. (editor.az)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.