banner
banner

Sosİal

Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub

Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub

Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət göstərilir. Bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul edilib.

Bu barədə Füzuli RİH-dənCia.az-a bildirilib. Belə ki, Vətən müharibəsinin şəhidi Qəhrəmanov Üzeyir Xəlil oğlunun oğlu Xəlil Qəhrəmanlı Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.

 

Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.