Azərbaycanın Almaniyadakı səfirliyində Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə görüş keçirilib. Səfirlikdən verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd cari ilin may ayının ikinci yarısında ölkəmizə səfər etməyi nəzərdə tutulan Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə tanışlıq və onları səfər öncəsi ölkəmiz barədə məlumatlandırmaqdan ibarət olub.
10-a yaxın Bundestaq üzvünün qatıldığı tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi-iqtisadi əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents təmsil etdiyi qrupun may ayının 13-18-də ölkəmizə həyata keçirəcəyi səfərlə bağlı gözləntiləri, keçirmək istədikləri yüksək səviyyəli görüşlər barədə söhbət açıb, səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini ifadə edib. O, ölkəmizlə əməkdaşlığın Almaniya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin iyun ayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə iştirakından məmnunluğunu dilə gətirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.