Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZADİNFORM-a verilən məlumata görə, xidmət üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya azadlığının təmin edilməsinin təşkili, informasiya əldə etmə haqqında sorğunun formaları, informasiya azadlığı üzrə məsul şəxsin sorğu edilən informasiyanı verməsi qaydaları, informasiya sorğusunun icra müddəti və digər məsələlər əksini tapıb.
Qeyd edək ki, bundan başqa, əmrə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti kapitan Nurəddin Heydərov informasiya azadlığı üzrə məsul şəxs təyin edilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.