banner
banner

Gündəm

“Həyat” apteklərində qəfil yoxlama: xeyli qeydiyyatsız dərman aşkarlandı

“Həyat” apteklərində qəfil yoxlama:

Cia.az xəəbər verir ki, Virtualaz.org saytı bu günlərdə “Həyat” apteklər şəbəkəsində “Kvinaks” göz damcısının qiymətinin süni surətdə artırılmasından bəhs etmişdi.

Xəbərdə deyilirdi ki, bu apteklər şəbəkəsinin sahibləri dərmanın qiymətini birdən-birə 7 dəfə artırıblar. Bu isə əsasən təqaüdçülərin narazılığına səbəb olub.

Bu yazı saytda işıq üzü görəndən sonra Səhiyyə Nazirliyi (SN) əsassız qiymət artımına dərhal reaksiya verdi.

SN və Sənaye və İqtisadiyyat Nazirliyinin Aintiinhisar Xidmətinin nümayəndələri, o cümlədən SN Analitik Ekspertiza Mərkəzinin (AEM) dərman vasitələrinin keyfiyyətinə nəzarət şöbəsinin rəisi Pərviz Əzizbəyov və mərkəzin daha iki inspektoru bu gün - mayın 6-da səhər saatlarında həmin aptekdə olublar. Virtualaz.org saytının əməkdaşları da bu yoxlamalar zamanı ictimai monitorinqi həyata keçiriblər.

Bu yoxlamalar “Həyat” apteklər şəbəkəsinin əməkdaşları və rəhbərliyi üçün çox gözlənilməz olub. Çünki onlar SN-in bu çevik reaksiyasını gözləmirmiş (bu baxımdan təqaüdçülərin adından AEM-ə təşəkkür düşür).

P.Əzizbəyov özünü aptek işçilərinə təqdim edərək onlarda ilk növbədə “Kvinaks”ın olub-olmaması ilə maraqlandı. Bu preparat həmin aptekdə 22 manata satılır. Halbuki depoda cəmi 3 manatdır.

Lakin məlum olub ki, bu dərman artıq satışda yoxdur. Belə görünür ki, təqaüdçülər və aztəminatlı təbəqənin nümayəndələri “Kvinaks”ın bundan sonra daha da bahalaşacağından qorxaraq onları piştaxtalardan sadəcə “silib-süpürüblər”. Ehtiyat üçün...

Daha sonra P.Əzizbəyov və onunla gedən AEM inspektorları həmin aptekdə satılan dərmanlarla bağlı total yoxlamalar apardılar. Nəticədə aptekdə nazirlik tərəfindən qeydiyyatdan keçməyən 10-12 adda dərman preparatı aşkarlandı. Bu da özlüyündə ciddi qanun pozuntusudur.

SN nümayəndələri aptekdə çalışan əczaçılardan izahat yazmağı və qeydiyyatdan keçməyən dərmanlarla bağlı tərtib olunmuş aktı imzalamağı xahiş edəndə isə aptekdə qəribə bir adam peyda oldu. Özünü dərhal İlqar kimi təqdim edən həmin şəxs dedi ki, o, bu apteklər şəbəkəsinin sahibinin dostudur. Sonra həmin adam bir qədər də kobud şəkildə suallar verməyə başladı. Öyrənmək istədi ki, AEM nümayəndələrinə burada yoxlama aparmağa, izahat almağa, akt tərtib etməyə kim icazə verib, onların belə bir yoxlama aparmaq hüququ, əllərində hansısa sənəd varmı və s.

Bu da həmin o İlqarın fotoşəkli:

P.Əzizbəyov ona sakitcə, təmkinlə izah etməyə çalışdı ki, mətbuatdan həyəcan dolu siqnallar gəlib, təqaüdçülərin SN-i narahat edən şikayətləri var və buna görə də onlar bu müraciətlərə reaksiya göstərməyə borcludurlar. Üstəlik yoxlama zamanı qeydiyyatdan keçməyən dərmanlar aşkarlanıb...

İcazə sənədinə gəlincə isə həmin sənəd dərhal “İlqar”a təqdim olundu. Lakin bu adamın geri çəkilmək, razılaşmaq fikri yox idi.

AEM inspektorunun yanında içi ekspertizaya göndəriləcək dərmanlarla dolu torbanı görən “İlqar” o dəqiqə həmin torbanı götürüb öz maşınına qoydu. Və dərhal da telefonunu götürüb kiməsə zəng vurmağa başladı.

Bir neçə dəqiqədən sonra isə artıq P.Əzizbəyovun özünə zənglər gəlməyə başladı. Görünür, “Həyat” apteklər şəbəkəsinin sahibinin ən yüksək mərtəbələrdəki himayədarından...

P.Əzizbəyov isə təmkinini də pozmadan həmin şəxslə sakitcə danışdı, xəttin o başındakı naməlum adama aptekdəki bu yoxlamaların səbəblərini izah etməyə başladı.

Bir neçə dəqiqədən sonra isə “İlqar” maşınına qoyduğu dərman torbasını öz əlləri ilə gətirib inspektorlara qaytardı.

P.Əzizbəyov “İlqar”a aptekin sahibinin AEM-ə gəlməsinin və “Kvinaks” preparatının qiymətinin artırılması, habelə qeydiyyatdan keçməyən dərmanlarla bağlı izahat yazmasının vacibliyini onun nəzərinə çatdırmağı tapşırdı...

“Həyat” apteklər şəbəkəsi ətrafındakı bu prosesin necə bitəcəyini deyə bilmərik. Görünən odur ki, bu şəbəkənin başı üstünü qara buludlar çoxdan alıb.

Özünü kobud aparmağa, SN işçilərinə harada və necə yoxlama aparmaq barədə göstəriş verməyə haqqının çatdığını düşünən “İlqar” deyilən şəxslə bağlı baş verən bugünkü insident isə bu apteklər şəbəkəsinin əsl sahiblərindən ötrü böyük başağrısı ərəfəsində son siqnal ola bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.