banner
banner

Sosİal

“Azərişığ"ın mühəndisi çalışdığı idarədə ölüb

“Azərişığ"ın mühəndisi çalışdığı idarədə ölüb

Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

CIA.AZ "report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.