banner
banner

Sosİal

Sürücülər, diqqət!- Bu yollarda...

Sürücülər, diqqət!-

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri həyata keçirir. 
"Azəryolservis" ASC-dən Cia.az-a verilən məlumata görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir. Hələlik işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan ərazidə aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyü üst qatı döşənir. Asfaltlanma işləri bitəndən sonra ərazidə nişanlanma xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq. 

Qeyd edək ki, küçədə artıq yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib , kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

Anoloji işlər küçənin qalan ərazisində,daha doörusu “Şamaxinka” ərazisinə qədər olan hissəsində də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.









Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.