Gürcüstanda əcnəbilərin “yaşıl status” alması üçün qaydalar sadələşdirilib
Gürcüstana daxil olan xarici ölkə vətəndaşlarının “yaşıl status”unun təsdiqlənməsi üçün öz ölkələrində aldıqları müvafiq sənəd kifayət edəcək.
Cia.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili imzaladığı qərara əsasən Gürcüstana daxil olan xarici ölkə vətəndaşlarının öz ölkələrində əldə etdikləri tam vaksinasiya haqqında sənəd və ya mənfi cavablı PZR testi nəticəsini təqdim etməsi “yaşıl status” əldə edilməsi üçün kifayət edəcək.
Yeni qərar bu gündən qüvvəyə minib.
Xatırladaq ki, dekabrın 1-dən Gürcüstanda “yaşıl pasport” qaydasının tətbiqinə başlanılıb.
Həmin tarixdən etibarən ölkə ərazisində ictimai nəqliyyat, ərzaq mağazaları və apteklər istisna olmaqla qapalı ictimai məkanlara yalnız “yaşıl status”a malik şəxslərin daxil olmasına icazə verilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.