Almaniyanın keçmiş Kansleri Angela Merkel təqaüdə çıxmasının ilk günündə səhərin ilk saatlarından öz yeni ofisinə yollanıb.
Cia.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri Merkelin vəzifə başından kənarda ilk gününü necə keçirməsini izləyib.
Nəşr yazır ki, Merkel daha əvvəl qeyd etmişdi ki, kansler vəzifəsini tərk etdikdən sonra ilk işi doyunca yatmaq olacaq. Lakin belə görünür ki, uzun illik vərdişi tərgitmək elə də asan deyil.
Belə ki, Merkel səhər 08:20-də Berlində yaşadığı evdən çıxıb və Unter den Linden küçəsində yerləşən yeni ofisinə yollanıb.
Eks-Kansler bunun ardınca mühafizəçinin müşayiəti ilə “Hit Ullrich” supermarketində alış-veriş edib.
Media daha əvvəllər yazırdı ki, Merkel kansler vəzifəsindən getdikdən sonra Unter den Linden küçəsində ofisi olacaq. Almaniya kansleri olmuş Helmut Kol da kansler postunu tərk etdikdən sonra məhz bu küçədə büroya sahib idi.
Qeyd edək ki, sosial-demokrat Olaf Şolts dekabrın 8-i Almaniyanın yeni Kansleri seçilib. Merkel isə 2005-ci ildən etibarən 16 il ərzində Almaniyanın Kansleri olaraq çalışıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.