“Bütün liderlər mənim yerimdə olmaq istərdi” - Bayden
“Rusiya və Çin də daxil olmaqla, istənilən dövlətin lideri ABŞ prezidentinin yerində olmaq istəyərdi”.
Cia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden məşhur aparıcı Cimmi Fellonla müsahibəsində deyib.
“Mən ölkəmizə optimist şəkildə baxıram. Çin və Rusiya liderlərindən tutmuş, mənimlə yer dəyişmək istəməyən dünya lideri tanımıram”, - deyə Bayden söyləyib.
Bayden bu fikrini onunla əsaslandırıb ki, ABŞ dünyanın istənilən ölkəsindən daha çox imkanlara, daha yaxşı inkişaf etmiş elm və texnologiyaya malikdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.