ABŞ Ukrayna sərhədlərinin möhkəmləndirilməsi üçün 20 milyon dollar ayıracaq.
Cia.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ səfirliyi Ukrayna sərhədlərinin şimal və şərq tərəfdən möhkəmləndirilməsi üçün birgə fəaliyyət planı imzalayıb.
“Layihə gələn ilin yanvarında başlayır, yardımın ümumi məbləği 20 milyon dollar təşkil edir. Layihədə Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş sistemləri, xüsusi təyinatlılar, videonəzarət avadanlıqları, rabitə vasitələri, avadanlıqlar və s. ilə təmin edilməsi imkanları nəzərdə tutulub”, - Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.