banner
banner

Gündəm

Baş nazirdən qərar: Müddət 1 il uzadıldı

Baş nazirdən qərar: Müddət 1 il uzadıldı

Azərbaycanda mərkəzləşdirilmiş xərclərdən və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri 1 il uzadılıb.

Cia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı əmri ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarına dəyişiklik edilib.

Belə ki, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddəti 2021-ci il 30 dekabrdan 2022-ci il 30 dekabradək, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri isə 2022-ci il 30 dekabrdan 2023-cü il 30 dekabra qədər uzadılıb.

Qeyd edək ki, aşağıda göstərilən hüquqi şəxslərin baş mühasiblərinin sertifikatının əldə edilməsi müddətləri isə dəyişməyib:

- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;

- iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.