banner
banner

Gündəm

Bakıda “Microsoft” reydi

Bakıda “Microsoft” reydi

“Microsoft” proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə pirat proqram təminatlı kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq Bakının kompüter dükanlarında növbəti reyd keçirib.
Yoxlama zamanı Bakıda fəaliyyət göstərən ticarət nöqtələrindən birində öncədən “Microsoft” proqram təminatı quraşdırılmış və piratçılıq əlamətləri müşahidə olunan üç kompüter müsadirə olunub.

Bundan başqa, yoxlama prosesində proqramların pirat nüsxələrinin quraşdırılması üçün istifadəsi ehtimal olunan bir neçə informasiya daşıyıcısı da müsadirə edilib.

Hazırda müsadirə olunmuş əmlakın ekspertizası keçirilir və görüləcək hüquqi tədbirlərlə bağlı məsələlər həll olunur.

Növbəti reydin keçirilməsinə başlıca əsas cari ilin mart ayında kompüter bazarında aparılan yoxlamaların nəticələri olub. Belə ki, nəticələrə əsasən, yoxlama aparılan ticarət nöqtələrinin yarısında pirat proqram təminatı quraşdırılmış kompüter texnikasının açıq şəkildə satışı və işçi heyəti tərəfindən pirat proqram təminatının bilavasitə mağazada quraşdırılması halları aşkarlanıb.

Proqramların pirat nüsxələrinin yayılması ilə məşğul olan satıcılar müəllif hüquqlarının qorunması ilə bağlı qanun pozuntusuna yol verməklə yanaşı, kompüter alıcılarını vergi qanunvericiliyini pozmağa da sövq edə bilərlər. Proqram təminatı qanuni yolla əldə olunmadıqda, müəssisənin balansına daxil edilə bilməz və bununla da fiskal və vergi orqanlarının yoxlamaları zamanı əlavə risk yaranır.

Kompüter satışı üzrə ticarət nöqtələri pirat proqram təminatının kompüterlərdə quraşdırılmasının başlıca mənbələrindəndir. Kompüter satıcıları aşkar və ya gizli şəkildə müştərilərə lisenziyasız proqram təminatını quraşdıraraq “qənaət” etməyi təklif edirlər və buna görə də onlardan əlavə ödəniş alırlar. Yoxlamaların nəticələrinə əsasən 30% hallarda müştərilərə “Windows” əməliyyat sisteminin “nümayiş üçün olan versiyalar”ı təklif olunur. 40% hallarda isə satış nümayəndəsi istənilən proqram təminatının əlavə ödəniş əsasında quraşdırılmasını təklif edib.

DİN, Azərbaycan Müəllif Hüquqları Agentliyi və “Microsoft Azerbaijan” şirkəti potensial alıcıları mümkün risklərdən qorumaq və kompüter texnikası tədarükçülərinin müəllif hüquqlarına əməl edilməsi ilə bağlı intizamının artırılması məqsədi ilə kompüter piratçılığına qarşı mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.