Çin Prezidenti Si Cinpin dekabrın 15-i Rusiya Prezidenti Vladimir Putinlə videokonfrans formatında görüş keçirməyi planlaşdırır.
Cia.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çuninin yaydığı bəyanatda bildirilir.
“Çin Xalq Respublikasının sədri Si Cinpin dekabrın 15-də Rusiya Prezidenti Vladimir Putinlə videobağlantı vasitəsilə görüş keçirəcək”, - deyə nazirliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Görüşlə bağlı digər təfərrüat açıqlanmır.
Qeyd edək ki, bundan öncə Si Cinpin və Putin arasında videokonfrans görüşü iyunun 28-də baş tutub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.