Lukaşenko Avropaya qaz tranzitini kəsə biləcəyini bildirib
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Avropaya qaz tranzitini kəsə biləcəyini istisna etməyib.
Cia.az-ın BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Aleksandr Lukaşenko TRT-yə müsahibəsində deyib. O, Qərb sanksiyalarının ölkə iqtisadiyyatına ağır zərər vuracağı halda ölkə ərazisindən Avropa gedən qaz kəmərini kəsəcəyini qeyd edib.
"Əgər onların tətbiq etdiyi və ya gələcəkdə tətbiq edəcəyi sanksiyalar bizim ölkəmizi fövqəladə vəziyyətə salarsa və onların sanksiyalarına başqa yolla cavab vermək üçün çıxış yolumuz olmazsa, biz bu sərt tədbirdən istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.