banner
banner

Hərbİ

Ordumuz hədəfi raket atəşinə tutdu - FOTOLAR

Ordumuz hədəfi raket atəşinə tutdu -

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.
Cia.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.
Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.
Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.























Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.