banner
banner

Hərbİ

İstanbul silahları Bakıya ötürdü

İstanbul silahları Bakıya ötürdü

İstanbulda Azərbaycanın 200-ə yaxın silah-sursatının nümayiş olunduğu Beynəlxalq sərgi başa çatıb. Azərbaycanın növbəti il bu sərgiyə ev sahibliyi edəcəyi nəzərə alınarsa, burada qəbul edilən qərarlar və iştirakçıların Bakıya dəvəti xüsusi əhəmiyyət kəsb edir.
“İDEF-2015” silah sərgisi müxtəlif ölkələrin müdafiə sənaye şirkətləri ilə qarşılıqlı əməkdaşlığı genişlənməsinə meydan açdı.
Müdafiə sənayesi naziri Yavər Camalov iştirakçı ölkələrin müdafiə sənayesi rəhbərləri ilə görüşlərdə mühüm razılaşmalara imza ataraq tərəfdaş münasibətləri yaratdı.
Sərgi Türkiyə, ABŞ və digər dünya silah bazarında xüsusi yeri olana ölkələrlə əməkdaşlıq müqavilələrinin imzalanması baxımından əhəmiyyətli oldu.
Müdafiə təyinatlı məhsulların birgə istehsalı, həmçinin Azərbaycanda istehsal olunan silah və döyüş texnikasının ixracı ilə bağlı danışıqlar aparıldı. Artıq Azərbaycan bu sahədə ixracatcı ölkəyə də çevrilmək üzrədir.

Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxaq müdafiə sənayesi sərgisinin sonuncu günüdür. Üç gün davam edən sərgidə Azərbaycan istehsalı olan 184 adda müdafiə təyinatlı məhsul nümayiş olundu. Ölkəmizin müdafiə sənayesinin nümayəndələri yerli istehsalımız olan məhsulları nümayiş etdirməklə yanaşı, dünyanın silah bazarının nəhəngləri də daxil olmaqla 50-də çox ölkənin hərbi sənayesinin son nailiyyətləri ilə də yaxından tanış oldular.

Sərgiyə ev sahibliyi edən Türkiyə güllə və atıçı silahlardan tutmuş döyüş maşınlarına, raket, təyyarə və hərbi gəmilərə qədər geniş çeşiddə müdafiə təyinatlı məhsullarını sərgiləyirdi. 

Bu sərgidə Azərbaycan nümayəndə heyətinin Türkiyədən olan istehsalçılarla təmasları diqqət çəkirdi. Bu dəfəki silah sərgisində Azərbaycan istehsalı olan, yeni “M-14” avtomatı silahına və “İstiqlal” ailəsindən olan snayper tüfənglərinə böyük maraq müşaidə olunurdu.

“Biz son illər Azərbaycan müdafiə sənayesi sahəsində gedən inkişafı yaxından izləyirik. Özəliklə bu istiqamətdə gedən inkişafdan olduqca çox razıyıq. Gələcəkdə ikitərəfli əlaqələrin inkişafı hesabına yeni məhsullar da istehsal edəcəyimizə inanıram”, - deyə türkiyəli silah mühəndisi Həsən Şahan bildirib.

Ölkəmiz isə “İDEF-2015” beynəlxaq müdafiə sənayesi sərgisinə ev sahibliyinə hazırlaşır. Bu sərgi Azərbaycan üçün həm də gələn il Bakıda keçiriləcək “ADEX-2016” beynəlxaq müdafiə sənayesi sərgisin iştirakçıların cəlbi baxımından da əhəmiyyətli oldu.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.