banner
banner

Gündəm

Şuşanın işğal günü: ANS oynayır, ATV gülür...

Şuşanın işğal günü:

Bu gün Qarabağın tacı olan və Azərbaycanın simvollarından sayılan Şuşanın erməni-rus silahlı birləşmələri tərəfindən işğal günüdür.

Cia.az-ın məlumatına görə, axar.az xəbər verir ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni-rus birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyata başlayıb. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər "dağlarda toy"adlandırıblar.

11 min erməni əsgərinə cox az sayda Azərbaycanlı müqavimət göstərib. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480-i həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

May ayının 8-i gecə Şuşaya daxil olmuş erməni qoşun hissələri küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etməyib. Nəhayət, bir gün sonra əhalinin şəhəri boşaltdığı üzə çıxıb.

Şuşanın işğalı zamanı 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.

Beləliklə, 23 il əvvəl tariximizə yazılan bu qanlı işğal günündə ölkə tele-kanallarında toy-bayramdır: hazırda ANS-in efirində “Xalqın artisti” toyxana-mağar çal-çağırı, ATV-nin efirində “Gülüş yığması” adlı veriliş davam edir;Lider TV "Klip parad" verilişində "gözəl"musiqilər verir, Xəzər TV-də isə "konsert saatı" efirdədir...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.