Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları 34 Avropa ölkəsinə, eyni zamanda, “Şenqen ərazisi”nə vizasız səyahət edə biləcəklər. Cia.az-ın məlumatına görə, rəsmi Abu-Dabinin Avropa hökumətləri ilə bağladığı yeni müqavilə buna əsas verir. Birləşmiş Ərəb Əmirlikləri Avropa ilə bu istiqamətdə razılaşma əldə edən ilk ölkə olaraq tarixə düşüb. Eyni zamanda, Avropa vətəndaşları da Birləşmiş Ərəb Əmirliklərində eyni hüquqa malik olacaqlar. Razılaşmaya əsasən, hər bir vətəndaş qarşılıqlı olaraq səyahət etdiyi ölkədə 6 aylıq müddətdə 90 gündən çox qala bilməz. Belə bir razılaşma təklifi ötən ilin iyun ayında Avropa Parlamenti tərəfindən səsvermə əsasında qəbul olunmuşdu. Qanunvericilərin 577-si təklifin lehinə, 523-cü əleyhinə səs vermişdi. Yaxın Şərq ölkələri arasında təkcə İsrail bu hüquqa malikdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.