Paşinyan Overçukla kommunikasiyaların bərpasını müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.
Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpa olunması perspektivləri, eləcə də Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-22-də Hökumətlərarası Şuranın iclasında iştirak etmək məqsədilə İrəvana səfər edib. Overçuk İrəvandan əvvəl Bakıya səfər edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.