Oksford Universiteti və "AstraZeneca" şirkəti koronavirusun "omikron" ştammı ilə mübarizə üçün nəzərdə tutulan vaksinin hazırlanmasına başlayıb.
Cia.az-ın məlumatına görə, bu barədə "AstraZeneca"nın bəyanatında deyilir.
Eyni zamanda, Oksfordda fəaliyyət göstərən işçi qrupunun rəhbəri Sendi Duqlasın sözlərinə görə, adenovirus əsasında yaradılan vaksinlər "omikron"a qarşı daha çevik reaksiya göstərə bilər.
Tədqiqatçıların fikrincə, vaksinin yeni modifikasiyası 100 gün ərzində yaradıla bilər.
Qeyd edək ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda aşkar olunan koronavirusun "omikron" ştammı hazırda 106 ölkədə qeydə alınıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.