banner
banner

Dünya

“Charlie Hebdo”ya hücumu təşkil edən terrorçu öldürüldü

“Charlie Hebdo”ya hücumu təşkil edən terrorçu öldürüldü

“Əl Qaidə” beynəlxalq terror təşkilatı Parisdə “Charlie Hebdo” nəşrinin  redaksiyasına hücuma görə məsuliyyəti öz üzərinə götürən qruplaşma liderlərindən birinin  öldürüldüyünü bildirib.

ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində “Əl Qaidə”nin Yəmən qolunun ideoloji lideri Nasir bin Əli əl Ansi ölüb. Hücum zamanı onunla birlikdə böyük oğlu və bir neçə silahlı da ölüb.  

Yəməndə ABŞ pilotsuz təyyarələrin endirdiyi zərbələr nəticəsində “Əl Qaidə”nin daha bir yüksək vəzifəsi üzvü Haris Nəzəri öldürülüb.

Qeyd edək ki,  “Charlie Hebdo”ya hücumdan sonra Fransada silsilə terror aktlarının törədiləcəyi ilə hədə qorxu gələn məhz Nəzəri oldub. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.