banner
banner

Hərbİ

Bombalarımız İDEF-2015-də

Bombalarımız İDEF-2015-də

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 5-dən 8-dək Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib. 
Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti qardaş ölkədə səfərdə olub.
İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatla “İDEF” sərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” sərgisində 184 adda məmulat nümayiş etdirib. Nümayiş etdirilən məmulatlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, artilleriya silahlarını, zirehli texnikaları, müxtəlif çaplı aviasiya bombalarını, pilotsuz uçuş aparatlarını, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatlarını, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatlarını, optik cihazları və s. göstərmək olar.

Bu sərgidə də Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində nazir Yavər Camalovun Tükiyənin yüksək vəzifəli şəxsləri, Pakistan, Tayland, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əməkdaşlıqların inkişafına dair danışıqlar aparılıdı və ümumi razılıqlar əldə edildi. 
Sərgidə nazirliyin əməkdaşları tərəfindən, tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verildi və dəvətlər çatdırılıb.

“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət etdilər, nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyun ayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı geniş məlumatlar da verilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.