İranın bir neçə şəhərdə minlərlə müəllim küçələrə çıxaraq maaşlarının artırılmasını tələb edib. ANS TV-nin məlumatına görə, etiraz aksiyaları mayın 7-də Təbriz, Tehran, İsfahan, Şiraz və digər şəhərlərdə keçirilib. Dinc aksiyanı çoxsaylı təhlükəsizlik qüvvələri müşahidə edib. Paytaxt Tehranda baş tutmuş mitinqə 3 minə yaxın müəllim toplaşıb. Onlar etirazlarını parlament binası qarşısında bildiriblər. Paytaxt müəllimləri “bu, siyasi aksiya deyil”, “müəllimlər qışqırır, media isə senzura edir” kimi şüarlar səsləndiriblər. Digər şəhərlərdə aksiyalar isə Mədəniyyət Nazirliyinə aid binaların qarşısında keçirilib. İranda məktəb müəllimlərin orta aylıq maaşı təxminən 1 milyon tümən, yəni 400 dollardır. Universitet müəllimləri isə 500-1000 dollar arası məvacib alırlar. Etirazçılar məhz orta məktəb müəllimləridir. iranlı pedaqoqlar son aylarda ölkənin 20 şəhərində onlarla belə etiraz aksiyası keçiriblər. Bəzi aksiya iştirakçıları hökuməti insan haqlarını müdafiə etdiyi üçün həbs edilən müəllimlərin azadlığa buraxılmasını da tələb ediblər. İranın Ali dini lideri Ayətulla Əli Xameneyi bir qrup müəllimlə görüşündə bildirmişdi ki, İranın düşmənləri müəllimlərin problemlərindən öz siyasi məqsədləri üçün, ölkədə sabitliyi pozmaq niyyətilə istifadə etmək istəyirlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.