Ermənistan tərəfi ölkənin parlament spikeri Qalust Saakyanın Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi ilə görüşdüyünə görə, Gürcüstandan üzr istəyib. Bunu Gürcüstan XİN rəhbəri Tamar Beruçaşvili parlament komitələrinin birgə iclasında çıxışı zamanı bildirib. Ermənistan spikerinin Cənubi Osetiya nümayəndəsi ilə görüşməsini təhlükəli tendensiya adlandıran xanım Beruçaşvili bu cür addımların arxasında ciddi və davamlı planları olan qüvvələrin durduğunda əmin olduğunu bildirib. “Bizim səfir məsələ ilə bağlı iki dəfə Ermənistan XİN-də olub. Həmçinin Gürcüstanın baş naziri də erməni həmkarı ilə danışıqlar aparıb və onlar bu danışıqlardan sonra, demək olar ki, üzr istəyiblər”, - deyə Beruçaşvili əlavə edib. Tamar Beruçaşvili həmçinin vurğulıyıb ki, Ermənistanın bugünkü prioritetləri, apardığı siyasət, bu ölkənin Gürcüstana qarşı belə bir addımları gələcəkdədə ata bilər. Qeyd edək ki, Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal bir neçə gün əvvəl Ermənistan parlament spikeri Qalust Saakyanın Sxinvali rəhbərliyinin təmsilçisi Anatoli Bibilovla görüşündən sonra baş verib. İş o yerə çatıb ki, Gürcüstan hətda Ermənistandakı səfirini geri çağırmağı nəzərdən keçirib. Lakin gürcü höküməti vəziyyəti gərginləşdirməmək üçün səfiri geri çağırmaq fikrindən vaz keçib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.