banner
banner

Gündəm

Ermənistan üzr istədi- Video

Ermənistan üzr istədi-

Ermənistan tərəfi ölkənin parlament spikeri Qalust Saakyanın Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi ilə görüşdüyünə görə, Gürcüstandan üzr istəyib.
Bunu Gürcüstan XİN rəhbəri Tamar Beruçaşvili parlament komitələrinin birgə iclasında çıxışı zamanı bildirib. 
Ermənistan spikerinin Cənubi Osetiya nümayəndəsi ilə görüşməsini təhlükəli tendensiya adlandıran xanım Beruçaşvili bu cür addımların arxasında ciddi və davamlı planları olan qüvvələrin durduğunda əmin olduğunu bildirib. 
“Bizim səfir məsələ ilə bağlı iki dəfə Ermənistan XİN-də olub. Həmçinin Gürcüstanın baş naziri də erməni həmkarı ilə danışıqlar aparıb və onlar bu danışıqlardan sonra, demək olar ki, üzr istəyiblər”, - deyə Beruçaşvili əlavə edib. 
Tamar Beruçaşvili həmçinin vurğulıyıb ki, Ermənistanın bugünkü prioritetləri, apardığı siyasət, bu ölkənin Gürcüstana qarşı belə bir addımları gələcəkdədə ata bilər.
Qeyd edək ki, Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal bir neçə gün əvvəl Ermənistan parlament spikeri Qalust Saakyanın Sxinvali rəhbərliyinin təmsilçisi Anatoli Bibilovla görüşündən sonra baş verib. İş o yerə çatıb ki, Gürcüstan hətda Ermənistandakı səfirini geri çağırmağı nəzərdən keçirib. Lakin gürcü höküməti vəziyyəti gərginləşdirməmək üçün səfiri geri çağırmaq fikrindən vaz keçib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.