Gürcüstanda şəxsi avtomobildə siqaret çəkmək qadağan olunur
Gürcüstan parlamenti taksi, qayıq və şəxsi avtomobillərdə siqaret çəkməyi qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Cia.az“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclası zamanı 79 nəfər sözügedən qanun layihəsinin lehinə, 2 nəfər isə əleyhinə səs verib.
Yanvarın 1-dən etibarən ölkədə sükan arxasında siqaret çəkən taksi sürücüləri, eləcə də avtomobildə uşaq olarkən siqaret çəkən şəxslər üçün yeni cərimələr tətbiq olunacaq.
Belə ki, taksi sürücüləri sözügedən hallarda 200, şəxsi avtomobildə siqaret çəkən sürücülər isə 50 lari cərimə olunacaq.
Qanun təkrar pozulduqda sürücü iki qat cərimə olunacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.