Şuşa itkisini yad etmək üçün bu dəfə də anım yeri şəhidlərin uyuduğu xiyaban oldu. Şuşanın işğalını yad etmək üçün Şəhidlər Xiyabanında toplaşanlar arasında İsraildən və bu ölkənin Azərbaycandakı diplomatları da var idi. Çünki, Şuşa uğrunda qanlı döyüşlərdə canından keçənlər arasında əfsanəvi tankçı yəhudi Albert Aqarunov da olmuşdu.
Şuşada həlak olan şəhidlərimizi yad edən şuşalılar, Qarabağ Azadlıq Təşkilatının nümayəndələri, hərbçilər, Qarabağ qaziləri və paytaxt sakinləri Şəhidlər Xiyabanında Şuşanı andılar.
Şuşada həlak olanların məzarları üstünə tər qərənfillər düzüldü, ruhlarına dualar oxundu.
“Şəhid Natiq və Namiq Şahmuradovların bacısıyam. Məhz onların bacısı olmağımla da fəxr edirəm. May ayının 7-dən 8-ə keçən gecə, yəni Şuşanın işğalı zamanı hər ikisi də bir gündə şəhid olub. Hər il may ayının 8-də qaysağ bağlamış yaralarımız yenidən qopur”, – deyə şəhidin bacısı Kəmalə Şahmuradova bildirib.
Şuşada həyatını itirən igid azəri oğulları arasında əslən yəhudi olan Albert Aqarunovda var. Yəhudi balasını Azərbaycan torpaqları uğrunda vuruşmağa nə vadar edirdi?
“Mən bu torpaqda yaşayıram, burada doğulmuşam”.
Milli Qəhrəman ailə üzvləri, İsrail səfirliyinin əməkdaşları adını daşıdığı məktəbin şagirdləri Albert Aqarunovun Şəhidlər Xiyabanındakı məzarını ziyarət etdilər.
Milli Qəhrəmanın qardaşı Rançid Aqarunov: “Burda iştirak edən bütün Azərbaycan xalqına təşəkkür edirəm, çox sağ olun ki, onu unutmursuz”.
İsrailin Azərbaycandakı səfirinin müavini Vonen Kraus: “Mənim üçün qürurvericidir ki, Azərbaycan illər keçsə də, Alberti unutmayıb. Albert Aqarunov həm Azərbaycan, həm də yəhudi xalqının nümayəndəsidir. Azərbaycan və yəhudi dostluğu həmişə davam edəcək”.
Azərbaycanda adı əbədiləşdirilən Albertin yaxın vaxtlarda İsrailin ən böyük şəhərlərindən biri olan Akoda adına küçə veriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.