banner
banner

Dünya

Amerikada bir ayda rekord sayda insan işdən çıxıb

Amerikada bir ayda rekord sayda insan işdən çıxıb

Amerikada ötən ilin noyabrında 4,5 milyon nəfər işdən çıxıb.

 

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin noyabrında baş verən bu göstərici indiyə kimi qeydə alınan rekord hesab edilib. Belə ki, vakant iş yerlərinin sayı noyabr ayında əvvəlki aya görə 529 min azalaraq 10 milyon 562 minə düşüb. Bu dövrdə azalan boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi. 

2021-ci ilin oktyabr ayında açıq iş yerlərinin sayı 11 milyon 91 min olub. Sözügedən dövrdə vakant iş yerlərinin sayının ən çox azaldığı sektorlar yaşayış və qida xidmətləri, tikinti və uzunmüddətli istifadəyə yararlı olmayan malların istehsalı olub. Maliyyə, sığorta və federal hökumət sektorlarında vakansiyaların sayı artıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.