banner
banner

Sosİal

Millət vəkilindən TƏKLİF

Millət vəkilindən TƏKLİF

“Azərbaycanda dövlət universitetlərini özəlləşdirmək lazımdır”

“APA-Economics” xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin altı komitəsinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Özəlləşdirmədə faktiki surətdə gəlir söhbəti yoxdur. Dünyada reytinqinə görə, 200 universitet arasında neçəsi dövlət universitetidir? Bunların arasında bir dənə də dövlət universiteti yoxdur. Deməli, bu dövlət universitetlərini özəlləşdirmək lazımdır, təhsil kreditləri vermək lazımdır ki, imkansız adamlar təhsil kreditləri götürsünlər, pulun ödəsinlər, təhsil alsınlar. Universitetlər isə əksinə, dövlət büdcəsinə vergi ödəsin ki, məmurların, professor, müəllimlərin maaşlarını artıra bilək, onlar 10-15 min manat maaş ala bilsinlər”, - deyə Q. Həsənquliyev qeyd edib.

Digər millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhhərəmov isə deyib ki, dünyada universitetlərin reytinqi müəyyənləşdirilərkən orada yataqxanaların olması da mütləq nəzərə alınır.

O, rəhbərlik etdiyi universitetin yataqxanasının olmamasından gileylənib: “BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın da müəllim heyəti çalışır. Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur. Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar? Hesab edirəm ki, artıq universitetlərin yataqxanalarla təmin olunması məsələsi öz həllini tapmalıdır”.

A. Məhərrəmov bildirib ki, ölkədə elmlər doktoru, elmlər namizədinin sayı 1 800-dür. Onlardan 1 200 nəfəri ali məktəblərdə, 600-ü isə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışır. “Elmə ayrılan xərc deyəndə kim nəzərdə tutulur? AMEA-ya ayrılır və ayrılmalıdır. Bəs, universitetlərdə çalışan 1 200 alimin elmi sifətini necə müəyyənləşdirək? Universitetlərdən yeganə BDU-ya iki elmi-tədqiqat institutunda işləmək üçün 1 mln. manat maliyyə vəsaiti ayrılıb. BDU-da 300 professor çalışır, iki elmi-tədqiqat institutunda isə haradasa 40 professor. Digər 260 elmi tədqiqat işinin pulunu bəs haradan almalıyıq? Biz təhsil haqqından daxil olan vəsaiti elmi strukturlara transfert edirik. Başlayırıq elmi cihazlar, reaktivlər almağa, bu vəsaitləri elmi tədqiqat işinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətlərinə xərcləyirik”, - deyə o vurğulayıb.

Maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, universitet elminin maliyyələşdirilməsi məsələsi gündəmdədir. O, bildirib ki, maliyyələşdirmənin formasını müəyyənləşdirmək üçün hazırda Təhsil nazirliyi ilə məsləhətləşmələr aparılır: “Siz özünüz də etiraf edərsiniz ki, professor-müəllim heyətinin heç də hamısı elmi fəaliyyətlə məşğul olmur. Buna görə, maliyyələşmənin formaları müəyyən edilməlidir. Mən hesab edirəm ki, ölkə üçün prioritet sahələr üçün məqsədli maliyyələşmə olmalıdır. Fikrimcə, bu qrantlar formasında mümkün ola bilər”.

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.