banner
banner

Gündəm

Bəzi rayonlarda qaz olmayacaq - RƏSMİ

Bəzi rayonlarda qaz olmayacaq

 

 

 

Bəzi rayonlarda qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, Nəsimi rayonu ərazisində daşıyıcı qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması və Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə ünvanında daşıyıcı qaz xəttinin yerinin dəyişdirilərək polietilen qaz xətti ilə əvəzlənməsi və təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal, Alı Mustafayev, Ceyhun Səlimov, C.Məmmədquluzadə küçələrinin 2,3,4 və 5-ci mikrorayonların, Binəqədi rayonunun Xutor yaşayış massivi ərazisinin, RİQ-1, 325, 321 saylı qazanxanaların, Mərkəzi Hərbi Klinik Hospitalın və Yasamal rayonu ərazisində “Main” Yaşayış Kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.