Slovakiyada Yüksək Tatra dağlarına yürüş edən polşalı turist qrupu itkin düşüb.
Cia.az-ın Slovakiya Televiziyasına istinadla xəbərinə görə, xüsusi hazırlıq keçmiş 3 polşalı Gerlax zirvəsinə dırmanmaq istəyib. Dağın hündürlüyü 2700 metrə çatır. Yüksək Tatra dağlarında cümə günündən hava kəskin pisləşib, turistlərlə əlaqə kəsilib. Onların axtarışı heç bir nəticə verməyib. Slovakiyalı xilasedicilərə Polşadan da kömək göndərilib. Turistlərin axtarışı gecə və bazar günü də davam edəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.